25 
İyl
2017
12:31
10
54
3515
Virtual karabakh

Bugünkü hərracda ən yüksək qiymətə “Samirə” özəlləşdirilib

25 İyl, 2017
12:31
3515

Bugünkü hərracda ən yüksək qiymətə “Samirə” özəlləşdirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın özəlləşdirilməsinə dair növbəti hərrac keçirib.

Oxu.Az komitəyə istinadən xəbər verir ki, hərracda özəlləşdirilən əmlaklardan 7-si kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri-yaşayış sahəsi, 7-si isə nəqliyyat vasitəsidir.

Bakı şəhəri üzrə 2 kiçik dövlət müəssisəsi, 9 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 5 kiçik dövlət müəssisəsi və 2 istifadəsiz qeyri-yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib. Özəlləşdirilən əmlaklar, ticarət, təsərrüfat, təchizat sahəsinə aid olub. Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakının Sabunçu, Nizami rayonlarında, regionlardan isə Gəncə, Mingəçevir şəhəri və Xaçmaz, Cəlilabad, Neftçala rayonlarında yerləşir.

Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nizami rayonunda yerləşən “Samirə” kiçik dövlət müəssisəsi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 920 kvadratmetr, torpaq sahəsi isə 968 kvadratmetr təşkil edir.

Hərracda xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi də özəlləşdirilib. Bakının Sabunçu rayonunda yerləşən 1 saylı təsərrüfat malları mağazası bu kateqoriyaya aid olmaqla, investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 179,1 kvadratmetr təşkil edir.

Paytaxtla yanaşı, regionlarda da özəlləşdirilən kiçik dövlət müəssisəsi orta və kiçik sahibkarlığın inkişafına imkan verə biləcək əmlaklardır. Gəncədə yerləşən 105 saylı mağaza, Mingəçevirdə “Arzu” çayxanası, Xaçmazda 12 saylı mağaza, Neftçalada Ticarət obyekti bu kateqoriyaya aid olmaqla, sahibləri üçün gələcəkdə yaxşı qazanc gətirə bilər. 

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Cəlilabad rayonunda yerləşən Təchizat sahəsi aiddir. Həmin əmlakın ümumi faydalı sahəsi 285 kvadratmetr, torpaq sahəsi isə 18 min 409 kvadratmetr təşkil edir.

Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 9-u paytaxtda, 2-i isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyekti müvafiq olaraq Binəqədi, Yasamal, Nizami, Xətai və Nərimanov rayonlarındadır. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə Sumqayıt şəhərində yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 15,5 kvadratmetr ilə 107,1 kvadratmetr arasında dəyişir. 

Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək satış qiyməti Bakının Xətai rayonunda yerləşən əmlakda qeydə alınıb. Həmin əmlakın ümumi sahəsi 125 kvadratmetr təşkil edib. 

Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri  Sumqayıt şəhərində yerləşən sahəsi 23,5 kvadratmetr olan qeyri-yaşayış sahəsidir.

Hərracda müxtəlif markalı nəqliyyat vasitələri də özəlləşdirilib. Nəqliyyat vasitələrinin hərracı rəqabətli şəkildə keçib. “KİA Sportage” markalı avtomobilin ilkin satış qiyməti 4000 min manat olsa da, ən son qiymət 7 min manat təklif olunub. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri