25 
İyl
2017
15:07
86
41
981
Virtual karabakh

Azərbaycandan Türkiyəyə qaz ixracı artıb

25 İyl, 2017
15:07
981

Azərbaycandan Türkiyəyə qaz ixracı artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin təbii qaz idxalı may ayında keçən ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz artaraq 3 milyard 727 milyon kub metr təşkil edib. 

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçən ilin may ayında təbii qaz idxalı 3 milyard 215 milyon kubmetr olub. 

Ümumi idxalın 3 milyard 266 milyon kubmetri boru xəttləriylə, 461 milyon kubmetri isə LNG müəssisələri vasitəsilə aparılıb. Ən çox təbii qaz idxalı Rusiyadan reallaşdırılıb - 1 milyard 948 milyon kubmetr. İkinci sırada 722 milyon kubmetrlə İran, üçüncü sırada 595 milyon kubmetr idxalla Azərbaycan yer alıb. 

Türkiyədə təbii qaz istehlakı 17,9 faiz artıb. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri