25 
İyl
2017
17:45
9
61
1734
Virtual karabakh

“Goldman Sachs”dan neftlə bağlı açıqlama

25 İyl, 2017
17:45
1734

“Goldman Sachs”dan neftlə bağlı açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ən ekstremal ssenarilərlə neftə tələbin maksimal həddinin 2024-cü ildə olacağı ehtimal edilir. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu proqnoz ABŞ-ın nüfuzlu “Goldman Sachs” bankının hesabatında qeyd olunub. 

Hesabatda bildirilir ki, yanacaqla çalışan avtomobillərin enerji effektivliyinin artması, elektrikli avtomobillərin istehsalının çoxalması, həmçinin qlobal iqtisadi artım tempinin yavaşlaması ona gətirib çıxara bilər ki, 2024-cü ildən etibarən neftə tələb azalmağa başlaya bilər. 

Hindistanın liderliyi ilə inkişaf etməkdə olan ölkələrin iqtisadi artım tempinin davam etməsi bu hadisəni 2030-cu ilə qədər uzada bilər. Lakin hər iki variantda benzin və dizel yanacağına tələbat azalmağa davam edəcək. Onların yerini isə digər neft məhsulları tutacaq.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri