26 
İyl
2017
18:30
104
26
3661
Virtual karabakh

Çoxmənzilli binaların idarə olunmasında yeni üsulların tətbiqi genişlənir

26 İyl, 2017
18:30
3661

Çoxmənzilli binaların idarə olunmasında yeni üsulların tətbiqi genişlənir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyi tərəfindən mənzil-kommunal sahəsində qanunvericiliyin, formalaşmaqda olan yeni münasibətlərin, habelə mənzil fondunun idarə olunmasında yeni üsulların tətbiqi istiqamətində maarifləndirmə və təbliğat işləri aparılır.

Oxu.Az nazirliyə istinadən xəbər verir ki, yerli icra hakimiyyəti orqanları və bələdiyyə nümayəndələrinin, sahə mülkiyyətçilərinin iştirakı ilə tədbirlər təşkil edilir, mənzil mülkiyyətçiləri ilə mütəmadi görüşlər keçirilir.

Aparılan maarifləndirmə işlərinin və sahə mülkiyyətçilərinin binaların idarə olunmasında marağının artmasının nəticəsi olaraq, Bakı şəhərinin və Abşeron rayonunun ayrı-ayrı ünvanlarında yerləşən çoxmənzilli binalarda yaradılan Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC) sayı artır. Artıq 53 MMMC Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Çoxmənzilli binalarda MMMC-lərin yaradılmasının dəstəklənməsi istiqamətində işlər davam etdirilir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri