26 
İyl
2017
18:07
15
95
2890
Virtual karabakh

Ukraynanın məşhur konserni ləğv edilir

26 İyl, 2017
18:07
2890

Ukraynanın məşhur konserni ləğv edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna hökuməti “Antonov” konsernini payızda ləğv edəcək.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə hökumətin qərarında bildirilib.

Sənəddə vurğulanır ki, üç aydan sonra Ukraynanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Yuri Brovçenkonun başçılıq etdiyi komissiya konsernin ləğvetmə balansını Nazirlər Kabinetinə təqdim etməlidir.

“Antonov”un ləğv olunması barədə qərar 2016-ci ilin əvvəlində qəbul olunub. Belə ki, konserni təşkil edən üç müəssisə onun tərkibindən çıxaraq “Ukroboronprom” konserninə daxil edilib.

Xatırladaq ki, iqtisadi əməkdaşlıq məsələləri üzrə Azərbaycan-Ukrayna birgə hökumətlərarası komissiyasının 11-ci iclası çərçivəsində Azərbaycanda “An-178” tipli 12-15 təyyarənin tikintisi üzrə istehsalat xəttinin yaradılması haqqında razılaşma əldə olunub.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri