26 
İyl
2017
18:33
42
184
3068
Virtual karabakh

Türkiyədə dollar 4 lirəyə qədər yüksələ bilər

26 İyl, 2017
18:33
3068

Türkiyədə dollar 4 lirəyə qədər yüksələ bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

FES-in bugünkü iclası qurumun balansını azaltmağa başlaması və üzvlərinin fikirləri baxımından önəmli olacaq. Əgər FES balansını azaltmaqla bağlı açıqlama verməsə, dünyanın əsas mərkəzi banklarının avqustun 24-26-da Cekson Holda (Jackson Hole) keçiriləcək iclası əhəmiyyətini daha da artıracaq.

Oxu.Az Report-a istinadən xəbər verir ki,  bunu “TMV Consultancy” şirkətinin baş iqtisadçısı İnanç Sözer bildirib: “İnkişaf etməkdə olan ölkələrin milli valyutalarının ucuzlaşmasına paralel olaraq türk lirəsi də zəifləyir. İlin ikinci yarısında bu valyutaların bir qədər də ucuzlaşması gözlənilir”. 

Buna səbəb kimi iqtisadçı dünyada faizlərin yüksəlməyə başlaması amilini əsas gətirib. O, faizlərdəki yüksəlişin davam edəcəyini gözlədiyi üçün adıçəkilən valyutaların da zəifləyəcəyini ehtimal edir.

“Texniki təhlillər onu göstərir ki, Türkiyədə dolların məzənnəsi yeni maksimal səviyyəyə çata bilər. Önümüzdəki dönəmdə dollar 4 lirə və hətta daha yuxarı yüksələ bilər. Həmçinin, Cənubi Afrika randı, Braziliya rialı və Rusiya rublunda ciddi ucuzlaşma gözlənilir. Lirə də bu valyutalarla eyni kateqoriyadan olduğu üçün ucuzlaşması qaçılmaz”, - deyə analitik əlavə edib.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri