27 
İyl
2017
02:55
118
85
2779
Virtual karabakh

Azərbaycan neftinin qiyməti 3% artıb

27 İyl, 2017
02:55
2779

Azərbaycan neftinin qiyməti 3% artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 25-də 51,13 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,36 dollar/barel çoxdur.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 25-də 50,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,37 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 25-də 48,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,44 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə iyulun 25-də 49,36 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,39 dollar/barel azdır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri