27 
İyl
2017
11:49
93
16
2109
Virtual karabakh

40 min hektar kənd təsərrüfatı təyinatlı torpağın səmərəsiz istifadəsinə son verilib

27 İyl, 2017
11:49
2109

40 min hektar kənd təsərrüfatı təyinatlı torpağın səmərəsiz istifadəsinə son verilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin ilk 6 ayı ərzində 32 müraciət üzrə 95 min hektardan artıq torpaq sahəsinin təyinatı dəyişdirilib.

Oxu.Az Əmlak Məsələləri üzrə dövlət Komitəsinə istinadən xəbər verir ki, bundan 81 min 739 hektar torpaq sahəsində 19 Aqroparkın yaradılması və 13 min 680 hektar torpaq sahəsində isə 4 iri taxılçılıq təsərrüfatının yaradılması nəzərdə tutulub.

Həyata keçirilən belə tədbirlər aqrar sektorun inkişafına imkan verir. Bu isə istehsal olunan məhsulun artmasına, tələbatın ödənilməsinə, Ümumi Daxili Məhsulun həcmində qeyri-neft sektorunun payının artmasına şərait yaradır. Eyni zamanda, bol məhsulun əldə edilməsi xarici bazarlara çıxış imkanlarını genişləndirir.

Yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində 2017-ci ilin 6 ayı üzrə 40 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair bağlanmış icarə müqavilələrinə xitam verilib. Həmin torpaqlar geri qaytarılaraq yenidən səmərəli şəkildə istifadə istiqamətində işlər həyata keçirilir, iri taxılçılıq, pambıqçılıq təsərrüfatlarının yaradılması, meyvə bağlarının salınması və digər kənd təsərrüfatı məqsədləri üçün müvafiq aqrotexniki və meliorativ tədbirlər görülür.

Bundan başqa, Kənd təsərrüfatı məqsədi ilə 184 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri