27 
İyl
2017
14:52
37
15
1982
Virtual karabakh

Banklararası kreditlər üzrə faiz dərəcəsi - “LİBOR” ləğv edilir

27 İyl, 2017
14:52
1982

Banklararası kreditlər üzrə faiz dərəcəsi - “LİBOR” ləğv edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən məşhur faiz dərəcəsi ləğv edilir. Artıq bazarlarda “LİBOR+” ilə başlayan cümlələr qurulmayacaq. Çünki Böyük Britaniyanın maliyyə bazarları tənzimləyicisi Təşkilatı (FCA) 350 trln. dollardan artıq həcmdə maliyyə alətinin tədavülünün əsasını təşkil edən  “LİBOR”-u 2021-ci ildən sonra ləğv etməyə hazırlaşır. Onun yerinə daha etibarlı sistemə keçmək istəyir.

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, son dövrlər “LİBOR” korrupsiya alətinə çevrilmişdi. “LİBOR” faiz dərəcələrində manipulyasiya etdikləri üçün banklara qarşı 9 milyard dollar cəza tətbiq edilmişdi.

“LİBOR” – Britaniya Bank Assosiasiyası tərəfindən 10 əcnəbi valyutada, həmin faiz dərəcəsinin indeksinə daxil olan bankların (hər valyutaya görə 8-dən 20-yə qədər) sorğusu əsasında müəyyən edilir. Təxminən 150 trilyon dollar civarında maliyyə xidmətləri LİBOR dərəcəsinə bağlıdır.

“LİBOR” - London Interbank Offered Rate, yəni London Banklararası Satış Faiz Nisbəti mənasını verir.

“LİBOR” - bir bankın başqa bir bank və ya maliyyə təşkilatından müəyyən müddətə borc almaq istəyəndə istifadə edilən faiz nisbətidir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri