27 
İyl
2017
15:23
14
55
1699
Virtual karabakh

“Bank VTB” (Azərbaycan) korporativ müştərilərə daha sərfəli əmanət təklif edir

27 İyl, 2017
15:23
1699

“Bank VTB” (Azərbaycan) korporativ müştərilərə daha sərfəli əmanət təklif edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bank VTB” (Azərbaycan) korporativ müştərilər üçün nəzərdə tutulan “Klassik” əmanət üzrə şərtləri yeniləyərək daha əlverişli edib. Əmanəti həm manat, həm dollarda yerləşdirmək mümkündür.

Depozit üzrə minimal məbləğ 30000 manatadək (və ya 30000 dollaradək) endirilib. Manatla olan əmanətlər üçün faiz dərəcəsi 13%, dollarda olanlar üçün 3% təşkil edir.

Əmanətin faiz dərəcəsi məbləğdən asılı olaraq dəyişir. Əgər məbləğ 100000 manatı (və ya 100000 dolları) keçmirsə, müddətdən və faizlərin ödənilməsi şərtlərindən asılı olaraq, manat depozitləri üçün faiz dərəcəsi 4,9%-dən 11%-dək, dollar depozitləri üçün isə 2,5%-dək dəyişir. 

Əmanət məbləği 100000 manatdan 300000 manatadək (və ya dollar) olduğu halda faiz dərəcələri milli valyutada olan depozitlər üzrə 12%-dək, dollarda olan əmanətlər üzrə isə 3%-dək arta bilər. 300000 manatdan artıq vəsait yerləşdirildiyi halda, gəlirlilik 13%-dək,  dollarda olan əmanətlərdə isə 3%-dək yüksəlir. 

“Klassik” əmanəti 3, 6 və 12 ay müddətinə yerləşdirilə bilər. Faizlər rüblük və ya depozit müddətinin sonunda ödənilir. 

Arayış üçün:

“Bank VTB” (Azərbaycan) ASC “VTB Bank” ASC-nin törəmə bankıdır. “Bank VTB” (Azərbaycan) ASC-nin  səhmdarları: “VTB Bank” ASC və “AtaHolding” MMC-dir. “Bank VTB” (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də, fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14  filial və Baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunur. 

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri