27 
İyl
2017
18:25
14
101
1334
Virtual karabakh

Hökməlinin sakinləri qazsız qalıb

27 İyl, 2017
18:25
1334

Hökməlinin sakinləri qazsız qalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunun Hökməli qəsəbəsinin təbii qazla təchizatı 3 gündür məhdudlaşdırılıb. 

Oxu.Az xəbər verir ki, bu barədə APA-Economics-ə qəsəbə sakinləri bildirib.

Sakinlərin sözlərinə görə, qaz təchizatının məhdudlaşdırılmasına səbəb bəzi abonentlər tərəfindən qaz xətlərinə və sayğaclarına özbaşına müdaxilənin baş verməsidir: “Təbii ki, qaz sayğaclarına müdaxilə yolverilməzdir.

Lakin bütün qəsəbənin qaz təchizatının dayandırılması da çıxış yolu deyil. Necə deyərlər, qurunun oduna yaş da yanır. Kiminsə qanunsuz hərəkətlərinə digər abonentlər məsuliyyət daşımır. Üç gündür qaz üzünə həsrət qalmışıq. Bunun hansı çətinliklərə səbəb olmasını təsəvvür etmək çətin deyil”.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev də təsdiqləyib ki, qəsəbənin qaz təchizatı bir neçə gündür məhdudlaşdırılıb: “Səbəbini abonentlər də bilir. “Azəriqaz” İstehsalat Birliyi qəsəbənin bütün qaz xətlərini və sayğaclarını yeniləyib. Sayğaclara müdaxilələr əvvəllər də baş verirdi, təəssüflər olsun ki, hələ da bu cür halların şahidi oluruq. Biz dəfələrlə abonentlərə bununla bağlı xəbərdarlıq etmişik. Bununla yanaşı, yerli icra hakimiyyətinin nümayəndələri ilə birgə yerlərdə abonentlərlə müzakirələr aparmışıq, baş verənlərin yolverilməz, qanunsuz olduğunu izah etmişik. Lakin bizim xəbərdarlıqlara məhəl qoyulmur. Kifayət qədər sayda sayğaca müdaxilə olunub. Bu səbəbdən də qəsəbənin qaz təchizatı məhdudlaşdırılıb”.

Qeyd edək ki, hazırda da qəsəbənin qaz təchizatı bərpa olunmayıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri