28 
İyl
2017
01:24
19
329
5960
Virtual karabakh

Bazarlarda qiymətlər bahalaşıb – VİDEO

28 İyl, 2017
01:24
5960

Bazarlarda qiymətlər bahalaşıb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bazarlarda bəzi meyvə və tərəvəzlərin mövsümü olsa da, qiymətləri bahadır. 

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, satıcılar bunu bazara çıxarılan məhsulun az olması ilə izah eləyir. 

Mövsümü olmasına baxmayaraq ən çox bahalaşan pomidor və qarpızdır. 

Satıcılar yaxın günlərdə qiymətlərin düşəcəyini deyir.

Alıcılar da qiymətlərin bu dövrdə yetişən məhsullarda artdığını deyirlər.

Pomidor və qarpızdan fərqli olaraq bəzi məhsulların qiymətində ucuzlaşma var. Şaftalı ilə yanaşı bu il üzüm və kartofda bolluq var.

Satıcılar deyir ki, bəzi rayonlarda məhsullar tam yetişməyib .Bu səbəbdən yaxın günlərdə qarpız və pomidorun qiymətində də enmə gözlənilir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri