10 
Avq
2017
15:19
60
40
2572
Virtual karabakh

Dolların alışı və satışı azalıb

10 Avq, 2017
15:19
2572

Dolların alışı və satışı azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə əhalisinin dollara marağı azalıb.

Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin iyul ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində 122047.1 dollar alınıb. Qeyd edək ki, cari ilin 5 ayında bu rəqəm 138842.1 dollar olub.

Dolların satışı isə iyun ayının 1-nə olan göstəricidən - 96469.4 dollardan iyul ayının 1-nə 94486.8 dollara düşüb. Nəzərə çatdıraq ki, əhalinin avroya da marağı azalıb.  

Hesabat dövründə ABŞ dollarının orta məzənnəsi 1.6925 manat, avronun isə 1.9022 manat olub.

Bildirək ki, bankların nağd xarici valyutanın xalis satışını azaltmasına səbəb valyuta bazarının sabitləşməsi və manatın məzənnəsinin ABŞ dolları ilə müqayisədə güclənməsi ilə bağlıdır 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri