11 
Avq
2017
09:51
9
48
2768
Virtual karabakh

İpoteka ilə bağlı yenilik gözlənilir – VİDEO

11 Avq, 2017
09:51
2768

İpoteka ilə bağlı yenilik gözlənilir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İpoteka müqavilələrinə müxtəlif yeniliklər tətbiq edilə bilər. 

Oxu.Az Xəzərxəbər-ə istinadən məlumat verir ki, təkliflər Banklar Asossiasiyası tərəfindən hazırlanaraq banklara göndərilib. Təkliflərin bir qismi indidən ciddi müzakirələrə səbəb olub.

İpoteka müqavilələrinin məzmunu ilə bağlı ciddi dəyişikliklər ola bilər. Banklar Assossiasiyasından verilən məlumata görə, artıq bununla bağlı kommersiya banklarına təkliflər göndərilib.

Təkliflərdən biri vətəndaşın götürdüyü krediti qaytara bilmədiyi təqdirdə bankın əmlakı məhkəməyə müraciət etmədən satışa çıxara bilməsi ilə bağlıdır. Hazırkı təcrübəyə əsasən, məhkəməyə müraciət edilmədən əmlak o zaman satışa çıxarıla bilər ki, vətəndaşın notarial qaydada razılığı tələb edilir. Amma yeni təklif bu razılığın məhdudlaşdırılmasını nəzərdə tutur. Hüquqşünas Anar Ramazanov deyir ki, bu təklif vətəndaşın hüquqlarının pozulmasına və ciddi mübahisələrə səbəb olacaq.

Digər təklif ipoteka predmeti olan əmlakın satışından əldə edilən gəlirin hansı formada bölüşdürülməsinin müqaviləyə daxil edilməsidir. Ekspertin sözlərinə görə, bu, vətəndaşların xeyrinə olan bir müddəadır. Çünki sui-istifadə hallarının qarşısı müəyyən qədər alına bilər.

Bundan əlavə, əmlakın açıq bazarda satışı zamanı əmlakın ilkin qiymətin müstəqil qiymətləndiricilər tərəfindən qoyulması nəzərdə tutulub. Bu da əmlakın qiymətinin real bazar dəyərində qiymətləndirilməsinə, son nəticədə isə vətəndaşın ziyana düşməsinin qarşını ala bilər. Hazırkı qaydalara əsasən isə, açıq bazarda satış zamanı razılıq tərəflər arasında əldə edilirdi. Bu zaman banklar əmlakı özlərinə sərf edən qiymətə sata bilirdilər.

Bu arada, qeyd edək ki, bu gündən etibarən ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs "Elektron hökumət" portalına daxil olaraq müraciət edə bilər. İpoteka krediti üçün real vaxt rejimində müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri