11 
Avq
2017
12:41
22
153
2058
Virtual karabakh

Misirə getmək istəyənlərə bəd xəbər - Qiymətlər son 30 ilin ən yüksək səviyyəsinə qalxdı

Misirdə inflyasiya  son 30 ilin ən yüksək səviyyəsinə çatıb. 

Oxu.Az xəbər verir ki, Misir Dövlət Statistika Təşkilatı inflyasiyanın  iyul ayında əvvəlki ayla müqayisədə 3,3 artaraq 34,2 faizə yüksəldiyini bildirib. 

Misirdə baş verən siyasi gərginlikdən sonra iqtisadiyyatda çöküş yaşanmaqdadır. 

İyun ayında ölkədə inflyasiya 30,9 faiz olub. 

Mütəxəssislərin fikrincə, inflyasiyanın artımına  iyun ayında  elektrik enerjisi və təbii qazın qiymətinin qaldırılması təsir edib. Belə ki, Misir hökuməti  iyul ayında elektrik enerjisinin dəyərini 42,1 faiz qaldırıb. 

L.Ə.

www.oxu.az 

 

Digər İqtisadiyyat xəbərləri