11 
Avq
2017
14:25
21
105
2143
Virtual karabakh

Pomidor embarqosu Türkiyəyə 2 milyard dollara başa gəldi

Türkiyənin Rusiyaya ixrac etdiyi pomidorlara qoyulan embarqo nəticəsində ölkənin zərəri 2 milyard dollar olub. 

Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Milli Meyvə-Tərəvəz İttifaqının analitiki Kirill Laşin deyib. O qeyd edib ki, Rusiya Türkiyədə yetişdirilən pomidorun təxminən 40 faizini  idxal edirdi. 

Bəlli olub ki, embarqolardan sonra Rusiyada pomidor istehsalı 18 faiz artıb. Bununla da ölkənin bu məhsul ilə özünü təminetmə dərəcəsi  40 faizə çatıb: "Rusiya bazarında türkiyəli tədarükçülərin yerini qismən Çin doldurub. Azərbaycan ixracını iki dəfə, Mərakəş isə təxminən üç dəfə artırıb".

L.Ə.

www.oxu.az 

 

Digər İqtisadiyyat xəbərləri