16 
Avq
2017
11:27
5
150
3406
Virtual karabakh

Azərbaycanda ev tikintisi bahalaşıb - Rəsmi rəqəmlər

16 Avq, 2017
11:27
3406

Azərbaycanda ev tikintisi bahalaşıb - Rəsmi rəqəmlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin II rübündə yerüstü tikililər üzrə qiymətlər 0,3 faiz, yol və körpü tikintisi üzrə qiymətlər isə 0,8 faiz bahalaşıb. 

Oxu.Az xəbər verir ki, ümumilikdə tikintidə (tikinti-quraşdırma işlərində) istehsalçı qiymətləri əvvəlki rüblə müqayisədə 0,4 faiz yüksəlib. Yerüstü tikililər üzrə qiymət 2017-ci ilin II rübündə I rübə nisbətən 0,3 faiz artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 7,9 faiz olub. 

Yaşayış evləri üzrə qiymət indeksi 2017-ci ilin II rübündə I rübə nisbətdə 0,2,  2016-cı ilin yanvar-iyun aylarına nisbətdə 7,6 faiz bahalaşıb. 

5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər cari ilin 6 ayında ötən ilin müvafiq dövrünə nisbətdə 7,4 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi 7,6 faiz yüksəlib.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri