16 
Avq
2017
12:10
100
35
2501
Virtual karabakh

Azərbaycan quşçuları üçün yeni bazar - Avropa yumurta axtarır

16 Avq, 2017
12:10
2501

Azərbaycan quşçuları üçün yeni bazar - Avropa yumurta axtarır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropanın bəzi ölkələrində istehsal olunan yumurtalarda "fipronil" maddəsinin olduğu iddiaları başlayan böhran getdikcə genişlənməkdədir. 

Oxu.Az xəbər verir ki, ilk olaraq Hollandiya, Almaniya və Belçikada ortaya çıxan problem artıq İngiltərə, İsveç, İsveçrə və Fransada da yaşanmaqdadır. Artıq Cənubi Koreyada bir fabrikdə yumurtada "fipronil"in aşkarlanması nəticəsində ölkədəki bütün quşçuluq müəssisələrində yumurta istehsalı qadağan edilib. Böhran yumurta istehsalçılarına yeni ixrac imkanları yaradır. Artıq Türkiyədə quşçuluq müəssisələri yumurta böhranı yaşayan Avropaya ixrac imkanlarını araşdırırlar. 

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Quşçular Cəmiyyətinin (AQC) sədri Aydın Vəliyev Azərbaycanda yumurta istehsalının kifayət qədər olduğunu, tələbatın tam ödənildiyini bildirmişdi. Qeyd etmişdi ki, artıq quşçuluq müəssisələri yumurtanı ixrac etməyə hazırlaşır,  xarici bazar axtarır. Maraqlıdır, yerli istehsalçılar Avropadakı yumurta böhranı fürsətindən yararlanacaqlarmı? 

A.Vəliyev Oxu.Az-a açıqlamasında bildirdi ki, Avropa ölkələri Azərbaycanda istehsal edilən yumurtaya hələlik maraq göstərmirlər. Onun sözlərinə görə, yerli müəssisələr hazırda Qətər, Əfqanıstan, İraqa yumurta ixrac edirlər. 

O ki qaldı yerli müəssisələrdə yumurtaların keyfiyyətinə, A.Vəliyev deyir ki, Azərbaycanda quşçuluq təsərrüfatlarında "fipronil" maddəsindən istifadə edilmir: "Hər şey təbiidir. Toyuqlara verilən yemlərin hamısı təbiidir. Bizim təsərrüfatlarda süni qidalardan, dərmanlardan istifadə edilmir".

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri