16 
Avq
2017
15:55
9
72
1803
Virtual karabakh

Bakıda harada və neçəyə ofis kirayələmək olar?

16 Avq, 2017
15:55
1803

Bakıda harada və neçəyə ofis kirayələmək olar?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmlak bazarına icarə məqsədi ilə təklif olunan kommersiya obyektlərinin orta icarə qiymətləri
2017-ci ilin II rübü üzrə 7.83 $/kv.m olub.

Oxu.Az "MBA Group" konsaltinq şirkətinin bazar araşdırmasına istinadən xəbər verir ki, kommersiya obyektlərinin orta icarə haqqı 2017-ci ilin I rübü ilə müqayisədə 1.66% artıb.

Son rüb ərzində kommersiya obyektlərinin seqmentləri arasında ən çox icarə qiymət dəyişikliyinə “zirzəmi” təyinatlı obyektlər məruz qalıb. Bu seqment üzrə 1 kv.m-in orta qiyməti 3.54% artaraq 3.39 $/kv.m təşkil edib. Digər seqmentlərə gəldikdə isə, “xidmət” təyinatlı obyektlərdə icarə qiymətləri 2.63% artaraq 6.47 $/kv.m, “ofis” təyinatlı obyektlərdə qiymətlər 2.81% artaraq 6.75 $/kv.m, “sənaye” təyinatlı obyektlərdə qiymətlər 2.22% artaraq 4.5 $/kv.m, “boş yer” və “mağaza” təyinatlı obyektlərdə isə icarə qiymətləri müvafiq olaraq 1.52% və 0.50% artaraq ayrı-ayrılıqda 7.87 $/kv.m və 18.02 $/kv.m bəndində qərarlaşıb.

Yerləşməsindən, sahəsinin ölçüsündən və təmirliliyindən asılı olaraq, ən baha qiymətə icarəyə təklif olunan “ofis” təyinatlı obyektlər, əsasən, Bakı şəhərinin Səbail, Nərimanov, Nəsimi və Yasamal rayonlarında qeydə alınıb. Bu rayonlarda ofislərin 1 kv.m-nin icarə qiymətləri müvafiq olaraq 8.7 $/kv.m, 6.9 $/kv.m, 7.3 $/kv.m və 6.9 $/kv.m təşkil edib. Nisbətən ucuz ofislər isə Nizami və Xətai rayonlarında qeydə alınıb - hər iki rayon üzrə 5.2 $/kv.m.

Şəhər üzrə bahalı mağaza təyinatlı yerlər ofis təyinatlı yerlərdə olduğu kimi, Səbail və Nəsimi rayonlarında yerləşir, müvafiq olaraq 20.4 $/kv.m 17.1 $/kv.m. Nisbətən ucuz qiymətə olan mağazalar isə Yasamal və Nərimanov rayonlarında qeydə alınıb, hər bir kvadrat metrinə görə müvafiq olaraq 16.3$/kv.m və 16.2$/kv.m.

Xidmət və boş yer (bu tip obyektlərin təyinatı dəqiq deyil və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər) təyinatlı kommersiya sahələrinə gəldikdə isə ən bahalılar Səbail və Nəsimi rayonlarında, ən ucuzları isə Abşeron, Xəzər və Qaradağ rayonlarında yerləşir.

İcarə məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində rayonlar arasında əsas paya 24,9%-lə Nəsimi rayonu liderlik edir. Növbəti yerlərdə isə Yasamal və Xətai rayonları qərarlaşıb, müvafiq olaraq 17,7% və 14,3%. Ən az təklif Qaradağ və Xəzər rayonlarında qeydə alınıb. Ümumi təklif portfelinin 1,5%-i bu iki rayonun payına düşür.

Son rüb üzrə bazara icarə məqsədi ilə təklif olunan kommersiya obyektlərinin seqmentləri üzrə bölgüyə gəldikdə isə, burada əsas paya 35.8%-lə “xidmət” təyinatlı sahələr malikdir. “Boş yer” (bu tip obyektlər o obyektlərdir ki, hansılar ki, təyinatı dəqiq deyil və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər) və “mağaza” təyinatlı yerlər bazarda müvafiq olaraq 23.8% və 14.7% paya sahibdirlər. Satışda olan “ofis”, “anbar”, “zirzəmi” və “sənaye” təyinatlı yerlərin birgə sayı isə ümumi payın 25.7%-nə malikdir.

İcarəyə verilən qeyri-yaşayış obyektlərinin orta sahəsi II rüb üzrə 153.5 kv.m təşkil edib. Bu da öz növbəsində cari ilin I rübü ilə müqayisədə 7.2% artıb. Sahənin artmasının əsas səbəbi kimi əmlak bazarında ayrıca böyük sahələrə malik tikili obyektlərinin icarə təklifinin artması ilə əlaqələndirmək olar. Araşdırmalar nəticəsində Bakı şəhərində icarə məqsədi ilə bazara təklif olunan ən böyük sahə Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsində, “xidmət” təyinatlı, yeni tikilmiş, yaxşı təmirli bina qeydə alınmışdır, 2400 kv.m. Ən az sahəyə malik icarəyə verilən kommersiya obyekti isə Nəsimi rayonunun mərkəzində, “Gənclik” m/st yaxınlığında qeydə alınıb, 8 kv.m sahəyə malik olan “xidmət” təyinatlı obyektdir. 

II rüb üzrə “boş yer” təyinatlı kommersiya obyektlərin 25,0%-i ümumi sahəsi 80-119 kv.m sahə aralığında olan obyektlərdir. “Ofis” və “xidmət” təyinatlı kommersiya obyektlərində də 80-119 kv.m sahə aralığında olan obyektlər sayca üstünlük təşkil edib, müvafiq olaraq 31,0% və 25,0%. “Mağaza” təyinatlı kommersiya obyektlərində isə 40-79 kv.m sahə aralığında olan obyektlər çoxluq təşkil edib ki, bu da bu seqment üzrə ümumi payın 28,0%-i deməkdir.

L.Ə.

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri