16 
Avq
2017
16:27
15
255
5154
Virtual karabakh

Kredit kartı, bank krediti ilə qurban kəsmək olarmı?

16 Avq, 2017
16:27
5154

Kredit kartı, bank krediti ilə qurban kəsmək olarmı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarşıdan Qurban Bayramı gəlir. Bu mərasim bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən, üç gün davam edir. Qurban Bayramında, əsasən, qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Nəzərə alsaq ki, hazırda ölkədə ətin kilosu 10-12 manat arasında dəyişir, qurbanlıq qoyunların qiyməti bu il də 120-160 manat arasında olacaq. Göründüyü kimi, Qurban kəsərək Allahın könlünü almaq elə də ucuz başa gəlməyəcək. Bəs, bankdan kredit  götürərək və ya kredit kartı ilə ödəniş edərək qurbanlıq heyvan almaq olarmı? 

Din xadimi Hacı Şahin Həsənli Oxu.Az-a açıqlamasında bildirdi ki, qurban kəsmək üçün kredit almağa ehtiyac yoxdur. Ümumiyyətlə, borcla qurban kəsilməsi günah hesab edilir: "Qurban kəsmək Həcc ziyarətində olanlar üçün vacibdir. Çünki ziyarətin ayinləri arasında yer alır. Əks halda Qurban bayramında qurban kəsmək zəruri deyil".

Qeyd edək ki, Türkiyənin Dəyanət İşləri Ali Təşkilatı qurbanlıqların kredit kartı, bank krediti və kreditlə alınmasının ancaq  borcun gecikdirilməməsi, faiz hesablanmaması halında mümkün olduğunu açıqlayıb: "Qurban kəsməklə mükəlləf olan şəxs qurbanlıq heyvanı nağd ala biləcəyi kimi, kredit kartı ilə tək çəkim və ya müddətli olaraq borcu ödəməklə də ala bilər. Qurbanlığın kredit kartı ilə alınması onun qəbuluna maneə yaratmır. Ancaq kredit kartı üzrə borcun zamanında ödənilməsi vacibdir. Gecikmələrdən qaynaqlanan faizlərin yığılmasına da icazə verilməməlidir”.  

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri