16 
Avq
2017
17:44
16
155
4371
Virtual karabakh

Nazir müavini gəlirlərini könüllü bəyan edənlərdən danışdı

16 Avq, 2017
17:44
4371

Nazir müavini gəlirlərini könüllü bəyan edənlərdən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vergi Məcəlləsinə könüllü vergi açıqlaması sisteminin tətbiqi ilə bağlı müddəalar beynəlxalq təcrübə nəzərə alınmaqla əlavə edilib”.

Oxu.Az xəbər verir ki, bunu vergilər nazirinin müavini İlkin Vəliyev bildirib. 

O qeyd edib ki, könüllü vergi açıqlaması dedikdə səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməmiş və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsi nəzərdə tutulur: “Dəyişikliyə qədər qüvvədə olan qanunvericilikdə vergi ödəyicisinin dəqiqləşdirilmiş vergi bəyannaməsini səyyar vergi yoxlaması başladığı günədək vergi orqanına təqdim edə bilməsi nəzərdə tutulurdu. Lakin dəyişiklik vergi ödəyicilərinə imkan verir ki, səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən aşkar edilməmiş və əlavə vergi hesablanmasına səbəb olacaq halları könüllü şəkildə bəyan etsin və səyyar vergi yoxlamasının aparıldığı dövrə görə dəqiqləşdirilmiş bəyannamə təqdim etsin. Təqdim edilmiş həmin bəyannamə üzrə yalnız könüllü açıqlanmış vergi məbləği büdcəyə ödənilir, həmin məbləğə faiz hesablanmır və maliyyə sanksiyası tətbiq edilmir”.

Məlum olub ki, ötən dövr ərzində bir vergi ödəyicisi tərəfindən könüllü bəyannamə təqdim edilərək dövlət büdcəsinə 15.816 manat vəsait hesablanıb.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri