18 
Avq
2017
11:33
22
62
1616
Virtual karabakh

FES yetkilisi: Faiz dərəcələrinin artırılması təxirə salınmamalıdır

18 Avq, 2017
11:33
1616

FES yetkilisi: Faiz dərəcələrinin artırılması təxirə salınmamalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerika Mərkəzi Bankının yetkililəri arasında faiz artımı ilə bağlı fikirayrılığı dərinləşməkdədir.

Oxu.Az xəbər verir ki, FES-in Cleveland rəhbəri Loretta Mester inflyasiyaya dair gözləntilərin özünü doğrultmamasının faiz artımına gedilməməsinə səbəb olması ilə razılaşmadığını deyib. 

Onun fikrincə, faiz artımları zəif inflyasiyaya rəğmən davam etməlidir. 

Xatırladaq ki, ötən gün ABŞ Mərkəzi Bankının  Federal Açıq Bazar Komitəsinin (FOMC) iyul ayında keçirilən toplantısının protokolları dərc olunub.

Protokollar FOMC üzvlərinin faizlərin nə vaxt artırılacağı istiqamətində ortaq fikrə gələ bilmədiyini göstərib. Baş verən fikir ayrılığının ən böyük səbəbi isə inflyasiya səviyyəsinin aşağı qalması olub.

İclasda bəzi FES rəsmiləri inflyasiya səviyyəsinin aşağı qalması istiqamətində narahatlıqlarını ifadə ediblər. Bir qismi isə inflyasiya risklərinin aşağı istiqamətli ola biləcəyini irəli sürüb.

FES-in növbəti iclası 19-20 sentyabr tarixlərində keçiriləcək.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri