18 
Avq
2017
13:31
10
51
1198
Virtual karabakh

MDB dövlətlərinə ixrac olunan məhsulların dəyəri qalxıb, idxalın isə azalıb

18 Avq, 2017
13:31
1198

MDB dövlətlərinə ixrac olunan məhsulların dəyəri qalxıb, idxalın isə azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkədən ixrac olunmuş məhsulların dəyəri müqayisəli qiymətlərlə 0,7 faiz çox olub.

Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, MDB dövlətlərinə ixrac olunmuş məhsulların dəyəri real ifadədə 24,1 faiz artaraq 469,1 milyon dollar təşkil edib. Digər ölkələrə 1,6 faiz az məhsul göndərilib.

İxracın ümumi dəyərinin 47,0 faizi Avropa İttifaqı ölkələrinin, 8,9 faizi MDB üzvü dövlətlərinin, 44,1 faizi isə digər ölkələrin payına düşüb.

2017-ci ilin yanvar-iyun aylarında ölkəyə idxal olunmuş məhsulların dəyəri müqayisəli qiymətlərlə 28,6 faiz azalıb, MDB üzvü dövlətlərindən 11,8 faiz, digər ölkələrdən 33,7 faiz az məhsul idxal olunub.

İdxalın ümumi dəyərinin 23,1 faizi Avropa İttifaqı ölkələrinin, 29,0 faizi MDB üzvü dövlətlərinin, 47,9 faizi isə digər ölkələrin hesabına formalaşıb.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri