18 
Avq
2017
14:21
21
62
2317
Virtual karabakh

İlin ən böyük yarmarkası keçiriləcək

18 Avq, 2017
14:21
2317

İlin ən böyük yarmarkası keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən ölkəmizə xarici investorların cəlb edilməsi ilə, regionlarda,kiçik və orta sahibkarlığının inkişaf etdirilməsi məqsədilə 6 oktyabr,2017-ci il tarixində Azərbaycanda Mikromaliyyənin Gələcəyi: Çətinliklər və İmkanlar” adlı 5-ci İnvestorlar Yarmarkası keçiriləcəkdir.

Oxu.Az fins.az-a istinadən xəbər verir ki, İnvestorlar Yarmarkasının əsas məqsədi investorlar və Azərbaycan Mikromaliyyə sektoru iştirakçılarının bir araya gətirilməsi və maliyyə xidmətləri göstərilən zaman yaranan çətinliklərin və məhdudiyyətlərin aradan qaldırılması yollarını müzakirə etməkdən ibarətdir.

Bir gün davam edəcək bu tədbirdə mikromaliyyə sahəsində ekspert və şirkətlər, beynəlxalq investorlar və teniki xidmət təminatçıları,bank olmayan kredit təşkilatları və banklar, lizinq və siğorta şirkətləri iştirak edəcək və ”Mövcud vəziyyətdə Mikromaliyyəni necə stimullaşdırmaq olar?” və “İnkişaf etməkdə olan Maliyyə Texnologiyaları dövrü: Təhlükə yoxsa fürsət?” adlı mövzular müzakirə ediləcəkdir.

Bundan əlavə ikinci hissədə maliyyə institutları ilə investorların və xidmət təminatçılarının birbaşa görüşləri planlaşdırılır. Tədbirdə həmçinin mətbuat nümayəndələrinin də iştirakı gözlənilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri