18 
Avq
2017
17:27
13
43
987
Virtual karabakh

Qiymətli kağızlar bazarının ümumi həcmi azalıb

18 Avq, 2017
17:27
987

Qiymətli kağızlar bazarının ümumi həcmi azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin əvvəlindən 3568,5 milyon manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb.

Qiymətli kağızlar bazarının ümumi həcmi cari ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Belə ki, ötən il 11530,8 milyon manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb.

Oxu.Az xəbər verir ki, səhm bazarında daha çox kiçilmə korporativ istiqraz bazarında müşahidə olunub.

Qiymətli kağızlar bazarının ümumi emissiyasının 43,7 faizini səhmlər, 31,8 faizini Mərkəzi Bankın notları, 19,6 faizini dövlət istiqrazları, 4,9 faizini isə korporativ istiqrazlar təşkil edib. 

Bu dövr ərzində 983,0 milyon manatlıq səhmlər, Mərkəzi Bankın 776,2 milyon manatlıq notları, 301,3 milyon manatlıq dövlət istiqrazları və 193,6 milyon manatlıq korporativ istiqrazları Bakı Fond Birjasında keçirilmiş hərraclarda yerləşdirilib.

2017-ci ilin yanvar-iyun aylarında nominal dəyəri 663,1 milyon manat olan korporativ istiqrazlar, 64,7 milyon manat olan səhm və 28,9 milyon manatlıq dövlət istiqrazları tədavüldə olub. 

Statistik rəqəmlər göstərir ki, səhmlərin emissiyası 2017-ci ilin yanvar-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə azalıb. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri