19 
Avq
2017
11:52
12
58
822
Virtual karabakh

“Fitch Ratings” Yunanıstanın kredit reytinqini yüksəldib

19 Avq, 2017
11:52
822

“Fitch Ratings” Yunanıstanın kredit reytinqini yüksəldib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Yunanıstanın kredit reytinqini yüksəldib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Fitch”in internet saytında məlumat verilib. Bildirilir ki, agentlik Yunanıstanın kredit reytinqini bir pillə artıraraq "CCC" səviyyəsindən “B”-yə yüksəldib. Buna səbəb kimi dövlət borcunun davamlılığı proqnozu, iqtisadiyyatda artım gözləntisi və azalan siyasi risklər göstərilib.

Açıqlamada, Yunanıstanın dövlət borcunun Avro Qrupu tərəfindən 2018-ci ildə yüngülləşdirilməsinin gözlənildiyi qeyd edilib. Ölkə iqtisadiyyatının 2017-ci ildə 1,6 faiz və gələn il isə 2,1 faiz artım göstərəcəyi proqnozlaşdırılır. Yunanıstanda işsizlik səviyyəsinin və özəl sektora aid borcların da azalacağı bildirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri