21 
Avq
2017
11:35
10
37
1155
Virtual karabakh

ABŞ Mərkəzi Bankı sədrliyinə ən şanslı namizəd kimdir? - Siyahı

21 Avq, 2017
11:35
1155

ABŞ Mərkəzi Bankı sədrliyinə ən şanslı namizəd kimdir? - Siyahı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Müəssisələrin İqtisadiyyatı Birliyi FES-in sədri vəzifəsinə namizədlərlə bağlı sorğu keçirib.

Oxu.Az xəbər verir ki, sorğunun nəticəsinə görə, Janet Yellenin postuna ən şanslı namizəd  Ağ Evin iqtisadiyyat müşaviri Gary Cohn olub. 

Qeyd edək ki, 8 iyul-2 avqust aralığında aparılan sorğuda 176 iqtisadçı iştirak edib. Respondentlərin 17%-i Yellenin ikinci dəfə FES rəhbəri olacağını irəli sürüb. İştirakçıların üçdə ikisi isə J.Yellenin yenidən namizəd olmayacağını, 16 faizi buna əmin olmadıqlarını söyləyib. 

Xatırladaq ki, Janet Yellenin FES-in sədri kimi dörd illik fəaliyyəti fevral ayında bitir. Sədrliyə yeni adın gəlməsini gözləyən iqtisadçıların 49%-i Cohnun adını döstərib.

Respondentlərin  9%-i Cohndan sonra FES rəsmisi kimi Kevin Uarshı, 6%-i Stanford Universitetinin iqtisadçısı John Tayloru, 4%-i Kolumbiya Universitetinin dekanı Glenn Habbardın adını göstərib. 

L.Ə.

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri