21 
Avq
2017
12:07
36
14
1576
Virtual karabakh

Depozit hərracında tələb təklifi 6,5 dəfə üstələyib

21 Avq, 2017
12:07
1576

Depozit hərracında tələb təklifi 6,5 dəfə üstələyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda 100 mln. manat cəlb edilib. Hərracda tələb 649,8 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.

Qeyd edək ki, cari ilin 6 ayı ərzində Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 34 depozit hərracı keçirib. Depozit hərraclarında tələb təklifi 19 dəfə üstələyib. Bu da bank sistemində izafi likvidliyin mövcud olduğunu göstərir. Depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar izafi pul təklifinin sterilizasiyası ilə yanaşı, pul bazarının inkişafı və bununla da, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşdirilməsinə, banklararası bazarın inkişaf etdirilməsinə də müsbət təsir göstərib. 

Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki manat kütləsini azaldır. Yəni, dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son aylarda dolların manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri