22 
Avq
2017
18:58
227
24
4044
Virtual karabakh

Rusiya SSRİ-nin xarici borcunu bağladı

22 Avq, 2017
18:58
4044

Rusiya SSRİ-nin xarici borcunu bağladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya SSRİ-nin Bosniya və Herseqovina qarşısındakı borc öhdəliyini icra edib. 

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Rusiya mövcud borcun 125.5 milyon dollarlıq son hissəsini Bosniya və Herseqovinaya ödəyib. Borc öhdəliyi SSRİ-ninYuqoslaviya Sosialist Federal Respublikası ilə ticarət və iqtisadi əməkdaşlıq dövrünə görə yaranıb.

Qeyd edək ki, 125.5 milyon dollar  2017-ci ilin büdcəsindən ödənilib. Bundan əvvəlki borc 60.6 milyon dollar ilə Makedoniyaya ödənilmişdi.

Son 20 il ərzində Rusiya xarici borcalarına 140 milyard dollardan çox pul xərcləyib. Sovet İttifaqının xarici borcu 64 milyard dollar idi.

Rusiya çarın da borclarını qaytarır. 2000-ci ildə Rusiya Federasiyası çarın Fransaya olan borcunu ödəyib. Hansıki Paris bu borcun qaytarılması üçün yüz ildən artıq gözləmişdi. 
 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri