23 
Avq
2017
12:33
5
59
2546
Virtual karabakh

Təhsil haqları nağd ödəniləcək, yoxsa nağdsız?

23 Avq, 2017
12:33
2546

Təhsil haqları nağd ödəniləcək, yoxsa nağdsız?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali təhsil müəssisəsinin tələbəsi ödənişli əsaslarla təhsil alırsa, təhsil haqqını nağdsız qaydada ödəyə bilməz.

Oxu.Az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib.

Qeyd edilib ki, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, nağdsız hesablaşma dedikdə, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (ödəniş kartları, ödəniş tapşırığı və sair) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq), ödəniş terminalları ilə və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.

Həmin qanunun 3.4.8-ci maddəsində isə göstərilir ki, təhsil haqqının ödənilməsi bu qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq, yalnız nağdsız qaydada həyata keçirilməlidir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri