23 
Avq
2017
14:38
115
33
2576
Virtual karabakh

Azərbaycan daha çox pomidor və qızıl ixrac edir

23 Avq, 2017
14:38
2576

Azərbaycan daha çox pomidor və qızıl ixrac edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin 7 ayı ərzində qeyri-neft sektoru üzrə 855 milyon ABŞ dolları dəyərində mal ixrac olunub.

Oxu.Az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”a istinadən xəbər verir ki, ixrac əməliyyatlarında 1333 subyekt iştirak edib.

Məlum olub ki, bu ilin 7 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistanın adı var.

7 aylıq məlumatların təhlilindən aydın olub ki, qeyri-neft sektoru üzrə ixracda birinci yeri pomidor (tomat) (127,9 milyon ABŞ dolları), ikinci yeri qızıl (60,7 milyon ABŞ dolları), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (54,4 milyon ABŞ dolları) tutur. 

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin 7 ayı ərzində pambıq lifi ixracı 8.3 dəfə, elektrik enerjisi 3.2 dəfə, çay 60 faiz, meyvə-tərəvəz 42 faiz, kimya sənayesi məhsulları 30 faiz, alüminium və ondan hazırlanan məmulatlar 29 faiz, spirtli və spirtsiz içkilər 26 faiz, plastmas və onlardan hazırlanan məmulatlar 12 faiz artıb. 

2017-ci ilin iyul ayına gəldikdə isə, qeyd edək ki, ötən ay qeyri-neft sektoru üzrə 459 subyekt tərəfindən 117 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib. Cari ilin 7 ayı ərzində dünyanın 53 ölkəsindən 264.3 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.

İyul ayında daxil olan ixrac sifarişlərinin dəyəri iyun ayı ilə müqayisədə 15% çox olub. 2017-ci ilin yanvar ayında 48, fevral ayında 6.5, mart ayında 27, aprel ayında 29.9, may ayında 19, iyun ayında 62.3 və iyul ayında 71.6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İxrac sifarişlərinin ilk beşliyində isə Rusiya (19%) ilə yanaşı, Ukraynanın (7.8%), Türkiyənin (7.4%),  ABŞ-ın (4.8%)  və Səudiyyə Ərəbistanının (4.8%) adı var.

Qeyd edək ki, 2017-ci ilin iyul ayında Azexport.az portalına ilk dəfə Qətər, Tanzaniya və Ekvador kimi ölkələrdən sifarişlər daxil olub. İyul ayında daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, qida sənayesi məhsulları başda olmaqla, qeyri-neft sektorunda istehsal olunan müxtəlif məhsullara - fındıq ləpəsi, şərab, kosmetik vasitə, tütün, göbələk, uşaq iç geyimi, konservləşdirilmiş inək əti, quru süd, mebel, toyuq yumurtası, dondurulmuş toyuq əti, albalı şirəsi, ipək xalça, mahlıc, pambıq linti, alma, kərə yağı, avtomobil diaqnostika qurğusu, mühərrik yağı və s. tələbat böyükdür. 

Bu məhsullar içərisində mahlıca, pambıq lintinə, almaya, fındıq ləpəsinə, toyuq ətinə müxtəlif ölkələrdən daxil olan sifarişlərin hər birinin dəyəri ayrı-ayrılıqda bir milyon ABŞ dollarından çox olub.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri