23 
Avq
2017
15:03
32
23
918
Virtual karabakh

Bank Ombudsmanı institutunun fəaliyyətə başlayacağı tarix açıqlandı

23 Avq, 2017
15:03
918

Bank Ombudsmanı institutunun fəaliyyətə başlayacağı tarix açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabr ayında Azərbaycanda Bank Ombudsmanı institutu fəaliyyətə başlayacaq.

Oxu.Az bildirir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasına istinadən “Vergilər” qəzetində məlumat verilib.

“Bank Ombudsmanının yaradılmasında məqsəd müştərilərin banklara etimadının gücləndirilməsi və tərəflər arasında yaranan mübahisələrin məhkəməsiz həll edilməsidir”, - deyə məlumatda bildirilir. 

Ombudsman kreditlərin ödəilməsi və əmanətlərin qaytarılmasına aid çətinliklərin aradan qaldırılması məsələlərində vasitəçi qismində çıxış edəcək. İlkin mərhələdə Ombudsman 2 min ABŞ dolları və ya 3 min manatadək maliyyə mübahisələrinə baxacaq.

“Artıq ABA “Bankların müştəriləri - fiziki şəxslərlə əlaqədar mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyannamə”ni imzalamaq məqsədilə ölkədə fəaliyyət göstərən banklara sorğular ünvanlayıb”.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri