23 
Avq
2017
17:27
87
41
1995
Virtual karabakh

Yerli istehsala 1,6 mlrd. manat sərmayə qoyulacaq

23 Avq, 2017
17:27
1995

Yerli istehsala 1,6 mlrd. manat sərmayə qoyulacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda indiyədək 169 sahibkarlıq subyektinə 182 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 1,6 mlrd. manat sərmayə qoyulması, 11 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulur.

Oxu.Az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, investisiya təşviqi sənədləri hesabına reallaşdırılacaq layihələrin 1-i Bakı şəhərində, 66-sı Bakıətrafı qəsəbələrdə və Abşeron rayonunda, 115-i isə digər iqtisadi rayonlarda həyata keçiriləcək.

Verilmiş 182 investisiya təşviqi sənədinin 70-i kənd təsərrüfatı, 112-i isə sənaye yönümlü layihələrdir. Ən çox investisiya təşviqi sənədi intensiv bağçılıq, bostançılıq və çayçılıq, qida məhsullarının istehsalı, rezin və plastmas məmulatların istehsalı sahələrində reallaşdırılan layihələrə verilib.

Eyni zamanda, investisiya təşviqi sənədləri əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların güzəştli şərtlərlə idxalı üçün 169 sahibkarlıq subyektinə 744 təsdiqedici sənəd təqdim edilib. Təsdiqedici sənədlər əsasında sahibkarlıq subyektləri tərəfindən əldə olunan ümumi güzəştin dəyəri 30,5 mln. ABŞ dollarıdır.

Qeyd edək ki, biznes mühitinin yaxşılaşdırılması, yeni müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye istehsalının artırılması məqsədilə Azərbaycan Respublikası prezidentinin müvafiq fərmanına uyğun olaraq, investisiya təşviqi mexanizmi yaradılıb. İnvestisiya təşviqi sənədi Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu güzəştlərə 7 il müddətinə mənfəət və ya gəlir vergisinin 50%-dən azadolma, torpaq və əmlak vergisindən tam azadolma, layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azad olması aiddir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri