12 
Sen
2017
17:31
17
60
2838
Virtual karabakh

"Pul köçürmələri artıq Sizin kartınızda!"

12 Sen, 2017
17:31
2838

"Pul köçürmələri artıq Sizin kartınızda!"

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Expressbank" təcili pul köçürmələri üzrə müştərilərinə yeni xidmət təqdim edir.  Onlar artıq "Lider" təcili pul köçürmə sistemi vasitəsilə adlarına göndərilən vəsaiti dərhal "Expressbank" kartlarının hesablarına ala və ya dünyanın istənilən VİSA və MasterCard tipli plastik kartlarına RUB, USD və EUR valyutalarında pul köçürmələri edə bilərlər. Əməliyyatın aparılması proseduru son dərəcə sadə və rahatdır. 

Həmçinin "Expressbank"ın müştəriləri həm pul göndərərkən, həm pul alarkən Pul Kart vasitəsilə qazanırlar. Pul Kart müştərilərə hədiyyə edilir və hər təcili pul köçürməsi zamanı məbləğdən asılı olaraq müştərinin kartına pul şəklində bonuslar hesablanır. Müştərilər nəinki bu vəsaiti ATM-lər vasitəsilə nağdlaşdırır, hətta öz vəsaitlərini də Pul Karta yerləşdirə bilirlər.

Qeyd edək ki, "Expressbank"ın filiallarında digər təcili pul köçürmə sistemləri ilə də pul göndərmək mümkündür. Bank həmçinin Contact, Zolotaya korona, IBA Express, Xəzri və Monex təcili pul köçürmələri sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

"Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi "Facebook" səhifəsinə (www.facebook.com/Expressbank) daxil olaraq, əldə edə bilərsiniz.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri