12 
Sen
2017
17:39
35
64
2347
Virtual karabakh

Avqustda idxal azalıb, ixrac artıb

12 Sen, 2017
17:39
2347

Avqustda idxal azalıb, ixrac artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ticarət əməliyyatlarının həcmi 12 milyard 523 milyon 794.46 min dollar olub.

Oxu.Az  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 9.24% azalıb.

İdxal əməliyyatları 5 milyard 300 milyon 784.39 min dollar, ixrac əməliyyatları 7 milyard 223 milyon 10.07 min dollar təşkil edib.  İdxal keçən ilin müvafiq dövrünə nisbətən 4.22%, ixrac12.60% azalıb. 

Avqustda ixrac 1 milyard 70 milyon 434.82 min dollar, idxal isə 930 milyon 944.13 min dollar təşkil edib. Xatırladaq ki, iyulda ixrac 885 milyon 373.08 min dollar, idxal isə 959 milyon 989.34 min dollar idi.

Qeyd edək ki, ixracda neft, idxalda yeyinti məhsulları üstünlük təşkil edib. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri