13 
Sen
2017
10:48
9
54
1850
Virtual karabakh

"Bank ombudsmanı"na necə müraciət etmək olar? - VİDEO

13 Sen, 2017
10:48
1850

"Bank ombudsmanı"na necə müraciət etmək olar? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Banklar Assosiasiyasının nəzdində "bank ombudsmanı" təsis edilib. Artıq kiçikhəcmli problemli kreditlər məhkəməyə getmədən həll olunacaq. Bunun üçün bank və ya müştəri "bank ombudsmanı"na müraciət etməlidir. İddialara əsasən, ilkin mərhələdə 2 min ABŞ dollarına qədər olan borclara baxılacaq.

Oxu.Az-ın məlumatına görə, bank ombudsmanı İkram Kərimov Xəzərxəbər-ə bu barədə açıqlama verib. O bildirib ki, məbləğ bilərəkdən 2 min dollar seçilib. Problemli kreditlərin sayı çox olduğundan hələ ki kiçik həcmli borclara baxılacaq: Mübahisə tərəfi bir tərəfdən bank, digər tərəfdən isə fiziki şəxs və ya onun etibarnaməsi ilə təmin olunmuş səlahiyyətli nümayəndə ola bilər".

Məlum olub ki, bank ombudsmanına müraciət isə olduqca sadədir: "Vətəndaş müraciət üçün bankla bağladığı müqaviləni, şəxsiyyət vəsiqəsini, banka ünvanlanan şikayət ərizənin surətini və bankın arayışını təqdim etməlidir. Ombudsman işə, müraciət Bakıdan edildikdə 1, bölgələrdən olduqda isə 2 ay ərzində baxır. Xidmət ödənişsiz əsaslarla həyata keçirilir. Bank ombudsmanının qərarından narazı qalan tərəflər yenidən məhkəməyə müraciət edə biləcəklər".

Qeyd edək ki, hazırda 19 bank ombudsman xidmətinə qoşulub. Bank olmayan kredit təşkilatları ilə isə danışıqlar aparılır. Bank ombudsmanı İkram Kərimovun sözlərinə görə, gələcəkdə sığorta sahəsində yaranan problemlər də məhkəməyə getmədən mübahisələndiriləcək. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri