13 
Sen
2017
16:58
9
123
1232
Virtual karabakh

Ötən il Azərbaycan iqtisadiyyatı 3,1% tənəzzül edib

13 Sen, 2017
16:58
1232

Ötən il Azərbaycan iqtisadiyyatı 3,1% tənəzzül edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan iqtisadiyyatında müşahidə olunan geriləmə prosesinin bu il zəifləyəcəyi gözlənilir. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirdiyi brifinqdə Beynəlxalq Valyuta Fondunun (IMF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur deyib.

O bildirib ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı 3,1% tənəzzül edib. 2017-ci ildə isə azalma 1% olacaq.

Bununla yanaşı, C.Azur ölkədə inflyasiyanın ikirəqəmli olduğunu da deyib: "Növbəti il üzrə proqnoz vermək tezdir. IV maddə üzrə missiya gələcək və ondan sonra biz 2018-ci il üzrə proqnoz verə bilərik. Əvvəlki proqnozlarımıza əsasən, növbəti ildə artımı 2% civarında gözləyirik".

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri