13 
Sen
2017
17:03
17
57
1016
Virtual karabakh

Cihad Azur: Azərbaycan BVF-dən maliyyə yardımı xahiş etməyib

13 Sen, 2017
17:03
1016

Cihad Azur: Azərbaycan BVF-dən maliyyə yardımı xahiş etməyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan tərəfdən heç bir maliyyə yardımı xahiş edilməyib.

Oxu.Az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya departamentinin direktoru Cihad Azur deyib. 

O həmçinin bildirib ki, Azərbaycanda dedollarizasiya səviyyəsinin aşağı düşməsi yalnız manata olan etibarın bərpasından sonra mümkün olacaq: "Manata etibar təmin olunduğu təqdirdə, dollarlaşmanın səviyyəsi aşağı düşəcək. Dollarlaşmanın səviyyəsini aşağı salmaq üçün isə bir neçə tədbir görmək lazımdır. İlk növbədə güclü və möhkəm makro-iqtisadi çərçivə, büdcə kəsiri aşağı, Mərkəzi Bankın valyuta ehtiyatları yüksək olmalıdır. Əhalidə inam yaranmalıdır ki, onlar öz əmanətlərini yerli valyutada yerləşdirdikdə əldə etdikləri gəlir əmanətlərini xarici valyutada yerləşdirənlərlə müqayisədə az olmayacaq. Məndə olan məlumata görə, ölkədə əmanətlərə tam zəmanət də verilir. Bu baxımdan, dollarlaşmanın səviyyəsini aşağı salmaq yalnız iqtisadiyyatı yox, eləcə də, bank sistemini möhkəmləndirəcək. Buna görə bank sistemində restrukturizasiya davam etdirilməli, yeni hüquqi aktlar qəbul edilməlidir ki, bankların stabilliyi təmin edilsin".

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri