14 
Sen
2017
14:38
9
118
1659
Virtual karabakh

Xaricdən nə qədər qida aldığımız bəlli oldu - Rəqəmlər

Cari ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə məhsul ixrac olunub, 169 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2017-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 12 mlrd. 872,2 mln. dollar, o cümlədən ixracın dəyəri 8 mlrd. 502,5 mln. dollar, idxalın dəyəri 4 mlrd. 369,7 mln. dollar təşkil edib, nəticədə 4 mlrd. 132,8 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,2% artıb, real ifadədə isə 14%, o cümlədən ixrac 8,4%, idxal 22,7% azalıb.

Avropa İttifaqının xarici ticarətdə payı 40 faizə çatıb 

Ticarət dövriyyəsinin 37,3%-i Avropa İttifaqı ölkələri, 13,2%-i MDB üzvü dövlətləri, 49,5%-i isə dünyanın digər ölkələrinin payına düşüb.

İxracın dəyərinin 22,6%-i İtaliyaya, 12,5%-i Türkiyəyə, 5,5%-i Çinə, 5,3%-i Rusiyaya, 4,6%-i Gürcüstana, hər biri 4,3%-i olmaqla Tayvan (Çinin əyaləti) və Portuqaliyaya, 4%-i İsrailə, hər biri 3,7%-i olmaqla, Almaniya və Çexiyaya, 3,6%-i Hindistana, 3,3%-i Kanadaya, qalan 22,6%-i isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

İdxal olunmuş məhsulların dəyərinin 18%-i Rusiyanın, 15,7%-i Türkiyənin, 10%-i Çinin, 8,7%-i ABŞ-ın, 4,6%-i Almaniyanın, 4,5%-i Ukraynanın, 3,8%-i İtaliyanın, 3,2%-i İranın, 3%-i Birləşmiş Krallığın, 1,7%-i Fransanın, hər biri 1,6%-i olmaqla, Belarus və Qazaxıstanın, 23,6%-i isə digər ölkələrin payına düşüb.

Bu ilin yanvar-iyul aylarında 855 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 29,7%, real ifadədə isə 27% çoxdur.

Tərəvəz ixracı 80 faiz yüksəlib  

Bu ilin yanvar-iyul aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 78,5%, təzə meyvə - 38,5%, kartof - 50,7%, tütün - 66%, bitki yağları - 1,6%, meyvə və tərəvəz şirələri - 94,4%, çay - 52,6%, təbii üzüm şərabları və üzüm suslosu - 62,1%, pambıq lifi - 6,3 dəfə, qara metallardan borular - 2%, bentonit gili - 3,5 dəfə artıb, şəkər ixracı isə 24,4%, meyvə və tərəvəz konservləri - 11,1%, marqarin, qida üçün yararlı digər qarışıqlar - 4,4%, polietilen - 2,9%, emal olunmamış alüminium - 31,5%, qara metallardan yarımfabrikatlar - 35,4%, pambıq ipliyi - 35% azalıb.

Mal əti idxalı 2,3 dəfə, minik avtomobili isə  53,2% artıb 

2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə 2017-ci ilin yanvar-iyul aylarında xam şəkər və şəkər idxalı 15,7%, təzə meyvə - 9,6%, kərə yağı, digər süd yağları və pastaları - 1,8%, çay - 3,6%, quş əti və onun əlavə məhsulları - 66,7%, mal əti - 2,3 dəfə, minik avtomobilləri - 53,2%, polad prokatı - 7,3%, hesablama maşınları, blok və qurğuları - 71,6%, qara metallardan çubuqlar - 23,8%, rezin şinlər - 40,6%, mineral gübrələr - 3,2 dəfə, məişət kondisionerləri - 25,9%, qara metallardan künclüklər ­ 35,6%, paltaryuyan maşınlar - 93,2%, yük avtomobilləri - 73%, avtobuslar - 2,5 dəfə artıb, buğda idxalı isə 35%, bitki yağları - 24,4%, kartof - 5,3%, təzə tərəvəz - 46,2%, qara metallardan borular - 66,2%, mebel - 6,7%, polietilen - 27%, sement və sement klinkerləri - 93%, məişət soyuducuları - 28,1% azalıb.

L.Ə.

www.oxu.az