19 
Sen
2017
12:37
6
220
5944
Virtual karabakh

Səlim Müslümov: Pensiyaların artımı mexanizmi artıq dəyişib

19 Sen, 2017
12:37
5944

Səlim Müslümov: Pensiyaların artımı mexanizmi artıq dəyişib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət büdcəsinin tərtibində maliyyələşmələr üçün kifayət qədər vəsait qoyulub. Pensiyaların artımı mexanizmi artıq dəyişib.

Oxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

O deyib ki, pensiyaların artımı ölkədə əvvəlki ilin əməkhaqqının artımına bağlanacaq, amma bütün məbləğ indeksləşdiriləcək: "Pensiyaların artımı bundan sonra artıq bu yolla gedəcək. Ona görə də biz bu il üçün nəzərdə tutulan əməkhaqlarının orta artım göstəricisini İqtisadiyyat Nazirliyindən almışıq, ona uyğun olaraq gələn il pensiyaların tam məbləğinin indeksləşdirilməsi üçün vəsait qoyulub".

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri