19 
Sen
2017
12:44
15
183
2486
Virtual karabakh

Samir Şərifov: Artıq Beynəlxalq Bankın özəlləşdirilməsi öncəsi tədbirləri həyata keçirmək olar

19 Sen, 2017
12:44
2486

Samir Şərifov: Artıq Beynəlxalq Bankın özəlləşdirilməsi öncəsi tədbirləri həyata keçirmək olar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Artıq Azərbaycan Beynəlxalq Bankının (ABB) restrukturizasiyası aparılır. Restrukturizasiya prosesi başa çatdıqdan sonra bankın özəlləşdirilməsi məsələsi gündəliyə çıxarılacaq"

Oxu.Az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib.

S.Şərifov deyib ki, artıq dövlət bankının özəlləşdirilməsi öncəsi tədbirləri həyata keçirmək olar. 

Məlum olub ki, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycana səfəri çərçivəsində məsələ ilə maraqlanıb. Adıçəkilən maliyyə təşkilatı prosesdə iştirak etməyə maraq göstərib: "Özəlləşdirmə ilə bağlı hazırlıq işləri aparılacaq. Müvafiq təcrübəli və beynəlxalq aləmdə nüfuzu olan məsləhətçilər bu prosesə cəlb olunacaq və bunun əsasında özəlləşdirmə strategiyası formalaşdırılacaq. Bundan sonra strategiya hökumət tərəfindən qəbul edildiyi təqdirdə, özəlləşdirmə açıq elan ediləcək. 2018-ci ilin əvvəlində, ola bilsin ki, özəlləşdirilmə prosesinə başlanılsın".

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri