19 
Sen
2017
15:44
11
74
5231
Virtual karabakh

Bu ixtisas sahiblərinin pensiyası 27 faiz artıb

19 Sen, 2017
15:44
5231

Bu ixtisas sahiblərinin pensiyası 27 faiz artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ilə təmin olunanların 28,3 min nəfəri neft sənayesində çalışır.

Oxu.Az xəbər verir ki, həmin vətəndaşların pensiyalarının orta aylıq məbləği son altı ildə 26,7 faiz artaraq, 2011-ci ildəki 340 manatdan hazırda 430,8 manata çatıb.

Qeyd edək ki, 23 il bundan əvvəl, 1994-cü ilin 20 sentyabr tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər  Əliyevin təşəbbüsü və böyük səyləri nəticəsində neft kontraktlarından ibarət “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin dinamik və uzunmmüddətli sosial-iqtisadi inkişafında, dövlət müstəqilliyimizin ildən-ilə möhkəmlənməsində güclü əsas yaratmışdır. Həmin əlamətdar tarixi hadisə ilə əlaqədar olaraq və milli iqtisadiyyatın inkişafında neft sənayesinin əhəmiyyəti nəzərə alınmaqla, Ulu Öndərimizin 16 avqust 2001-ci il tarixli Sərəncamına əsasən, hər ilin 20 sentyabr günü ölkəmizdə “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri