20 
Sen
2017
09:34
20
119
1382
Virtual karabakh

Rövnəq Abdullayev: Növbəti 32 il müddətində AÇG-yə 40 mlrd. dollar həcmində sərmayə qoyulacaq

20 Sen, 2017
09:34
1382

Rövnəq Abdullayev: Növbəti 32 il müddətində AÇG-yə 40 mlrd. dollar həcmində sərmayə qoyulacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda ilk neftin alındığı 1997-ci ildən 20 il keçir. Ötən müddətdə aparılan kompleks tədbirlər hasilatın sürətli templərlə inkişafına güclü təkan verib. Yaxın aylarda biz Azərbaycanda neft hasilatının 2 mlrd. tona çatacağını gözləyirik".

Oxu.Az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib. 

O qeyd edib ki, hazırda hasil edilən karbohidrogenlərin əsas hissəsi “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan və “Şahdəniz” yatağından əldə olunur.

SOCAR prezidentinin sözlərinə görə, Azərbaycan dövləti neft hasilatının sabit davam etdirilməsinin vacibliyini nəzərə alaraq bu layihə üzrə yeni HPBS-nin imzalanması üçün tərəfdaşlarla müzakirələr aparıb və “Neftçilər günü” ərəfəsində AÇG layihəsi üzrə sazişin 2050-ci ilədək uzadılmasını nəzərdə tutan yeni müqavilə imzalanıb: "Sazişə əsasən, SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və xarici investorlar tərəfindən Azərbaycan Dövlət Neft Fonduna 3,6 mlrd. dollar həcmində bonus ödəniləcək. Növbəti 32 il müddətində AÇG-yə 40 mlrd. dollar həcmində sərmayə qoyulması nəzərdə tutulur. Eyni zamanda, SOCAR-ın “AzAÇG” şirkəti podratçı qismində kontraktın icrasında iştirak edəcək, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75% təşkil edəcək".

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri