20 
Sen
2017
12:33
76
33
2710
Virtual karabakh

Vüqar Bayramov: Mərkəzi Bankın manatı daha da bahalaşdıracağı gözlənilən deyil

20 Sen, 2017
12:33
2710

Vüqar Bayramov: Mərkəzi Bankın manatı daha da bahalaşdıracağı gözlənilən deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Bankın son açıqlaması manatın məzənnəsinin yaxın zamanlarda daha da möhkəmlənməsinin mümkünlüyünü gündəmə gətirib. 

Oxu.Az -a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, Mərkəzi Bankın uçot stavkasını dəyişməməsi onun mövcud status-kvotanı saxlamaq istəyi kimi də dəyərləndirilə bilər.

Onun sözlərinə görə, son aylar bankların milli valyuta üzrə depozit faiz dərəcələrini azaltması manatla əmanətlərin həcmininə təsir göstərir: "Belə ki, ilin əvvəlində manatla əmanətlərə 15-18 faiz divident təklif edən banklar artıq milli valyutanı 10-12 və hətta bəziləri bir rəqəmli faizlə cəlb edirlər. Mərkəzi Bankın uçot stavkasının dərəcəsinə toxunmamasının səbəblərindən biri də depozitlərin strukturunda manatla yığımların artırımını davam etdirmək məqsədidir.
Manatın məzənnəsinin necə dəyişəcəyinə gəldikdə isə, son aylar təşkil edilən hərracların nəticələri göstərir ki, Mərkəzi Bank milli valyutanın daha da möhkəmlənməsində deyil, mövcud məzənnəsinin qorunub saxlanmasında maraqlıdır. Bəzi hərraclarda satışa çıxarılan dolların yarıdan çoxunun satılmamamasına baxmayaraq, Mərkəzi Bankın rəsmi məzənnəni, demək olar, dəyişməməsi də məhz bu istəkdən xəbər verir. Bankın son açıqlamasında da manatın məzənnəsinin ixrac imkanları və iqtisadiyyatın diversifikasiyası aspektindən qiymətləndirilməsi də ondan xəbər verir ki, Mərkəzi Bank bahalı manatda maraqlı deyil. Çünki möhkəm milli valyuta bahalı ixrac deməkdir. Bahalı ixrac məhsullarının isə rəqabət imkanları məhdud olur. Əslində, biz hələ 2015-ci ildə ərzaq idxalının birbaşa və ya dolayı subsidiyalaşması və eləcə də, xarici valyutalardakı kreditlərə güzəştin tətbiq edilməsi yolu ilə manatın bazar məzənnəsinin müəyyənləşdirilməsini təklif edirdik. Bu, ixrac imkanlarının artırılması baxımdan daha məqbul olardı".

İqtisadçı deyir ki, Mərkəzi Bankın son açıqlaması manatın möhkəmlənməsinin deyil, indiki məzənnənin qorunub-saxlanmasının prioritet olduğunu göstərir: "Buna görə dən hətta dollara tələb azalsa belə, Mərkəzi Bankın manatı daha da bahalaşdıracağı gözlənilən deyil.
Kursa gəldikdə isə, prosesə təsir göstərmək imkanlarına malik əsas qurum yenə də Mərkəzi Bankdır. Dekabr ayında dollara tələbin artacağı gözlənilir. Həmin ay idxalın artması, dövlət və özəl müəssisələrin xarici borc öhdəliklərini yerinə yetirməsi və xarici səfərlərin sayının artması dollara tələbi artırır. Bunun manatın məzənnəsinə necə təsir göstərəcəyi birbaşa Mərkəzi Bankdan asılı olacaq. Mərkəzi Bank indidən dekabr ayında artan tələbə hazır olmalıdır. Daha çox valyutanın bazara çıxarılmasını təmin etməlidir. Öncədən proqnozlaşdırdığımız kimi, avqust ayında dollara tələb artdı. Bu, özünü valyuta hərraclarının nəticələrində də göstərdi. Buna baxmayaraq, manatın məzənnəsi dəyişmədi. Çünki Mərkəzi Bank bazara tələb olunan dolların çıxarılmasını təmin etməklə, stabilliyi və intervalı qoruyub saxladı".

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri