20 
Sen
2017
12:53
15
62
2589
Virtual karabakh

FES bu gün uçot dərəcəsini artıracaqmı?

20 Sen, 2017
12:53
2589

FES bu gün uçot dərəcəsini artıracaqmı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Federal Ehtiyat Sisteminin (FES) bu gün başlayan 2 günlük iclasının nəticələrinə dair analitiklər müxtəlif proqnozlar verir.

Oxu.Az Report-a istinadən xəbər verir ki, sabahkı açıqlamalarda FES-in uçot dərəcəsini artıracağı gözlənilmir. Lakin FES 4,5 trln. dollar həcmində olan balansını azaltmağa başlayacağı tarixlə bağlı məlumat verə bilər.

Əgər FES balansını nə zaman azaldacağını açıqlayarsa, o zaman dolların məzənnəsində kəskin artım baş verə bilər. Belə ki, dollar son aylarda əsas rəqibləri olan avro və funt sterlinqə qarşı ciddi ucuzlaşma göstərib. İnvestorlar hər hansı az əhəmiyyətli bir açıqlamanı dolların ciddi möhkəmlənməsi lehinə istifadə edə bilər. Bu durumda USD/EUR məzənnəsi 1,15-ə, USD/GBP isə 1,30-a kimi geriləyə bilər.

Əks halda, yəni FES bu dəfə də iqtisadi artım, inflyasiya, əməkhaqları, işsizlik kimi göstəricilərin izlənməsi və dayanıqlı yaxşılaşma görmək istədiyini bildirərsə və balansın azaldılması mövzusuna toxunmasa, o zaman avronun dollara qarşı məzənnəsi 1,23 USD/EUR səviyyəsinə yüksələ bilər.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri