20 
Sen
2017
14:15
25
72
3284
Virtual karabakh

Rövnəq Abdullayev "STAR" Neft Emalı Zavodunun gələcək gəlirləri barədə danışdı

20 Sen, 2017
14:15
3284

Rövnəq Abdullayev "STAR" Neft Emalı Zavodunun gələcək gəlirləri barədə danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan "STAR" Neft Emalı Zavodu istifadəyə verildikdən sonra bu, ilk 5 il ərzində Azərbaycan iqtisadiyyatına hər il 850 mln. dollardan çox gəlir gətirəcək.

Oxu.Az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev "Neftçilər günü" münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, növbəti 10 il ərzində isə müəssisə hər il 600 mln. dollardan çox gəlir gətirəcək: "Zavodun tikintisi 2018-ci ilin ikinci yarısında başa çatacaq. Zavod ilk növbədə Türkiyədəki ən böyük aktivimiz olan "Petkim" neft-kimya kompleksini xammal - yüngül və ağır nafta ilə təmin edəcək".

Qeyd edək ki, "STAR" zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodun 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Zavod istifadəyə verildikdən sonra ildə 10 mln. ton xam neft emal gücünə malik olacaq. Burada ildə 4,7 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 320 min ton LPG, 1,6 mln. ton nafta, 690 min ton neft koksu, 159 min ton kükürd və digər məhsullar istehsal olunacaq. Müəssisədə əsasən “Ural”, "Azeri Light” və "Kərkük" neft növləri emal ediləcək.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri