20 
Sen
2017
15:20
39
28
2001
Virtual karabakh

AÇG platformasında ilk neft hasilatına 2023-cü ildə başlanacaq

20 Sen, 2017
15:20
2001

AÇG platformasında ilk neft hasilatına 2023-cü ildə başlanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə imzalanan yeni saziş çərçivəsində quraşdırılacaq yeni platformadan ilk neft hasilatına təxminən 2023-cü ildə başlanacaq.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə SOCAR-dakı mənbə bildirib.

O qeyd edib ki, yekun investisiya qərarının 2019-cu ildə qəbul edilməsi gözlənilir. Onun sözlərinə görə, yeni platforma “Mərkəzi-Şərqi Azəri” plaforması adlandırılacaq.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. AÇG layihəsində BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri