20 
Sen
2017
16:05
5
64
1424
Virtual karabakh

Bağlanan bankların əmanətçilərinə bu qədər pul ödənib - Rəsmi

20 Sen, 2017
16:05
1424

Bağlanan bankların əmanətçilərinə bu qədər pul ödənib - Rəsmi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ləğv prosesində olan QSC “Bank Standard” KB-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 596 mln. 499 min manat olmaqla, onlardan 554 mln. 593 min manatı qorunan əmanətlər, o cümlədən 441 mln. 154 min manatı kompensasiya olunan əmanətlərdir. 19 sentyabr 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 437 mln. 737 min manatdan artıq kompensasiya ödənib (ümumi kompensasiya öhdəliyinin 99,2 %-i) və 3 mln.  416  min manat ödənilməmiş  kompensasiya öhdəliyi qalıb.

Əmanətlərin Sığortalanması Fondundan Oxu.Az-a verilən məlumata görə, ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 3 mln. 550 min manat olmaqla, onlardan 3 mln. 230 min manatı qorunan əmanətlər, o cümlədən 2 mln. 099 min manatı kompensasiya olunan əmanətlərdir. 19 sentyabr 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1 mln. 837 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 87,5 %-i) və 262 min 485 manat ödənilməmiş  kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 191 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 04 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 441 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə  120  mln. 408 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Parabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə   43  mln. 222 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,5 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə  72 mln. 196 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,3 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Kredobank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 914 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,9 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Dekabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Dekabank” ASC-nin qorunan əmanətçilərinə   3 mln. 088 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,7 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 352 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı”  ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət  22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Qafqaz İnkişaf Bankı”  ASC-nin qorunan əmanətçilərinə 2  mln. 004 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 95,8 %-i) kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 747 mln. 930 min manatdan artıq kompensasiya ödənilib. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri