20 
Sen
2017
16:47
90
15
1430
Virtual karabakh

Azərbaycan Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransına ev sahibliyi edəcək

20 Sen, 2017
16:47
1430

Azərbaycan Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransına ev sahibliyi edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin may ayında MDB məkanında ilk dəfə Beynəlxalq Limanlar Assosiasiyasının (IAPH) illik konfransı Azərbaycanda keçiriləcək.

“Gələcəyin limanları: Mərkəzlərin Yaradılması, Bağlılığın Sürətləndirilməsi” adı altında baş tutacaq konfrans bu sahədə tanınan dünya liman rəhbərləri, ekspertlər, logistika və daşıma sahəsində çalışan yüzlərlə mütəxəssisləri Azərbaycana və Bakı Limanına cəlb edəcəkdir. Ölkəmizə təşrif buyuran qonaqlar həm də odlar yurdunun ən səfalı guşələrinə səfər edəcək, xalqımızın adət-ənənələri, mədəniyyəti ilə tanış olacaq, qonaqpərvərliyimizi yaxından hiss edəcəklər.

Aşağıdakı videoreportaj 2017-ci ildə İndoneziyanın Bali adasında keçirilmiş konfransın gündəliyi və Bakı Limanının nümayəndə heyətinin qatıldığı görüşləri, imzalanan sənədləri və digər çıxışları əhatə edir.

Nəzərinizə çatdırırıq ki, Beynəlxalq Limanlar Assosiasiyasının Bali toplantısı zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın salamlama məktubu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bakı Limanı konfransda ayrıca stendi ilə iştirak edib və İndoneziya Liman Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Beynəlxalq Limanlar Assosiasiyası 1955-ci ildə yaradılıb və dünyanın 90 ölkəsinin 180 limanı bu qurumun üzvüdür. Qurumun illik konfransları böyük liman şəhərlərində keçirilir. Təşkilatın illik konfransları 2013-cü ildə ABŞ-ın Los Angeles şəhərində, 2014-cü ildə Avstraliyanın Sidney şəhərində, 2015-ci ildə Almaniyanın Hamburq şəhərində, 2016-cı ildə Panama Respublikasının Panama şəhərində, 2017-ci ildə İndoneziyanın Bali adasında keçirilib və 2018-ci ildə Azərbaycanda Bakı Limanının ev sahibliyi ilə və 2019-cu ildə Çinin tanınmış limanı Quanju şəhərində baş tutacaq.Tədbir haqqında əlavə məlumat almaq üçün www.iaphbaku2018.com saytına daxil ola bilərsiniz.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri