20 
Sen
2017
17:56
27
124
3189
Virtual karabakh

AÇG-yə qoyulacaq sərmayə 42 milyard dollara yaxın olacaq

20 Sen, 2017
17:56
3189

AÇG-yə qoyulacaq sərmayə 42 milyard dollara yaxın olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun balans ehtiyatı 16 mlrd. barel (2,2 mlrd. ton) həcmində dəyərləndirilir.

Oxu.Az xəbər verir ki, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov "İki sahil" qəzetinin xüsusi buraxılışında yer alan məqaləsində qeyd edib.

O bildirib ki, 1997-ci ildən 2017-ci ilin avqust ayının sonlarınadək AÇG-dən hasil edilmiş neftin ümumi miqdarı 3,218 mlrd. barel və ya 435 mln. ton olub. Yatağın istismar dövrü ərzində əlavə olaraq 4,7 mlrd. barel və ya 635 mln. ton neftin çıxarılması planlaşdırılır.

Saziş dövrünün sonunadək cəmi sərmayə qoyuluşunun hazırkı proqnoza əsasən 42,7 mlrd. dollar və əməliyyat xərclərinin 14,4 mlrd. dollar olacağı məlum olub. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri